Kəşmirli müqavimətçilərlə Hindistan ordusu arasında qarşıdurma olub
FaktXəbərin verdiyi məlumata əsasən, Kəşmirin Hindistan tərəfindən işğal olunmuş hissəsində artıq bir neçə gündür şiddətli qarşıdurmalar gedir. Dünən isə Kəşmir müqavimətçiləri ilə Hindistan ordusu arasında baş verən qarşıdurmada bir hind əsgəri öldürülüb, dörd müqavimətçi də şəhid olub. Qeyd edək ki, paytaxt Srinagarda şənbə günü müqavimətçilərin Hindistan əsgərlərinə hücum etməsindən sonra iki hindi əsgər öldürülmüş, ən az üç əsgər də yaralanmışdı.
Xatırladaq ki, son zamanlar Hindistan rəhbərliyinin Kəşmirli liderlərə qarşı təzyiqləri davam edir. Hind ordusu, Kəşmirdə müstəqil liderlərdən olan Seyid Əli Gilanini həbs edib. Səhhətinin pisləşdiyini görən Hind səlahiyyətliləri, seyyid Əlini Soura xəstəxanasında müalicə olunmağına şərait yaradıblar. Kəşmirdə İslami liderlərdən olan Şeyx Məhəmməd Həsən, həbs olunan seyyid Əli Gilanini ziyarət etmək istədiyini lakin, Hindistan ordusunun bu görüşə mane törətdiklərini bildirib.