Kəşmirdə biri qadın olmaqla 3 nəfər ölüb

Hindistan əsgərləri, Kəşmir vətəndaşlarına qarşı terroru davam etdirir
FaktXəbərin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, işğalçı Hindistan əsgərləri Kəşmir vətəndaşlarına qarşı terroru davam etdirir. Doda bölgəsində hind əsgərləri tərəfindən sökülən evdə biri qadın olmaqla üç kəşmirli həyatını itirib. Bölgədə davam etdirilən axtarışlar əsnasında işğalçı qüvvələrin sökdüyü evdə üç günahsız kəşmirli ölüb. Nəzərinizə çatdıraq ki, biri qadın olmaqla 3 nəfərin öldüyü ərazidə hələ də Hindistan ordusu tərəfindən əməliyyatların davam etdiyi söylənilir. Bu arada, eyni bölgədə bir Kəşmirlinin kimliyi bilinməyəj şəxslər tərəfindən qaçırıldıqdan sonra öldürüldüyü, orta yaşlı bir Kəşmirlinin isə Sopore şəhərində ağaca asılı vəziyyətdə tapıldığı ifadə edilib.
 

В этом разделе