Kanada Əhli-beyt (ə) ardıcıllarının Ğədir məscidinin açılışı

Toronto Əhli-beyt (ə) ardıcılları uzun illik intizarından sonra bu şəhərin Ğədir məscidi açıldı.

Bu İslami mərkəz iyirmi min kvadrat metr sahəni əhatə edir. “Ğədir” məscidinin binası 900 kvadrat metr ərazini əhatə edir.

Mərkəz ikimərtəbəli binadan ibarətdir. Birinci mərtəbədə dərs sinifləri və ikinci mərtəbədə isə Əs-Sadiq adına İslami mədrəsə yerləşir.

Bu mərkəzin iki salonu var ki, hər bir salonun sahəsi 3 min kvadrat metrdir. Bu salonlar çoxlu sayda iştirakçılar üçün nəzərdə tutulub. Bu mərkəzdə həmçinin kiçik otaqlar da mövcuddur ki, bunlara təbliğat otaqlarını və başqa fəaliyyətlər üçün nəzərdə tutulmuş otaqları misal göstərmək olar.

Bu İslam mərkəzi işlərini tam şəkildə başa çatdırandan sonra Şimali Amerikanın ən böyük İslami mərkəzinə çevriləcəkdir.

Bu mərkəzin torpağı 1990-cı ildə Əhli-beyt (ə) ardıcıllarının İslam təşkilatı tərəfindən alınmışdır ki, 13 il sonra o boş torpaqlarda “Ğədir” məscidi inşa edildi. Bu mərkəzin açılış mərasimi İslami təşkilatların iştirakı ilə keçirildi.

Bu mərkəzin inşasının illərlə dayanmasından sonra davam etdirilməsinə bu İslami təşkilatın üzvləri çox sevinirdilər.

Qeyd etmək lazımdır ki, bu məscidin ilk camaat namazı Hüccətül-islam Seyyid Muhəmməd Rəzəvinin imamlığı ilə təşkil edildi. (“Dəyərlər” AİN)

В этом разделе