İsrailli futbolçuları Gürcüstanda MOSSAD müşayiət edəcək

İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın əməkdaşları futbol üzrə İsrail millisini Gürcüstanda müşayiət edəcək.

Milli.Az saytının xəbərinə görə, İsrailli futbolçular 2012-ci il Avropa çempionatının seçmə oyunları çərçivəsində Gürcüstan yığması ilə qarşılaşmaq üçün sentyabrın 5-də Tbilisiyə səfər etməlidirlər. Oyun sentyabrın 7-də keçiriləcək. Gürcüstanda nəşr olunan “Lelo” qəzetinin məlumatına görə, MOSSAD israilli oyunçuların təhlükəsizliyini həm məşq zamanı, həm də getdikləri bütün yerlərdə təmin edəcək.

В этом разделе