İspanya İsraili mühakimə etməmək üçün qanun dəyişdirir

Media-İslam.Com saytının Dünyabülteninə istinadən verdiyi xəbərə əsasən dünyanın dörd bir tərəfindən, yüksək profilli iddiaları mühakimə etməkdən çəkinməyən İspan prokurorların səlahiyyətləri, başda İsrail və ABŞ olmaq üzrə xarici hökumətlərin təzyiqlərinə məruz qalan İspan hökuməti tərəfindən sıxışdırılır.

İnsanlığa qarşı işlənən cinayətləri araşdıran və son olaraq Quantanamodakı insan haqqları pozuntuları səbəbiylə Amerikalı səlahiyyətlilər ilə Qəzza qırğınından məsul İsrailli əsgər və idarəçiləri mühakimə etməyə hazırlanan İspan prokurorlar, yeni qanunu qəbul edilsə səlahiyyətlərini itirəcək.
Qızğın İsrail və ABŞın təzyiqi altındakı İspaniya Məclisi, dünən İspaniyada işlənməmiş və ya İspan vətəndaşlarını doğrudan təsir etməyən iddiaların görülməsini qadağan edən bir qanun qəbul etdi.
İspaniya Milli Məhkəməsinin altı istintaq hakimi və prokuroru, bu anda İraqdan Ruandaya uzanan və universal səlahiyyət sahəsi olaraq adlandırılan qanunlar işığında açılan 13 iddia faylını araşdırır. Çin hökumətinin Tibetdəki tətbiqlərini araşdıran Fernando Andreu, Qəzza və Quantanamo istintaqlarını başladan Baltasar Garzon və Santiago Pedrazın da aralarında olduğu bu altı İspan hakim, xarici hökumətlərlə İspaniyanı qarşı-qarşıya gətirmişdi.
İspan hökuməti indi böyük partiyaların üzərində razılaşmağa çatdığı qanunnu məclisə gətirməyə hazırlanır. Dəyişikliklərin mövcud iddiaları təsir edib təsir etməyəcəyi qətilik qazanmadı.


Media-İslam.Com

В этом разделе