"İslam dünyasının öz qaydalarını qoymaq vaxtıdır"

Bəhreyin parlamentində çıxış edən Türkiyə prezidenti Abdulla Gül "İslam dünyasının öz qaydalarını qoymaq vaxtıdır" deyib.- "Vatan" qəzeti yazır.

Bəyreyində rəsmi səfərdə olan Türkiyə prezidenti Abdula Gül parlamentdə çıxış edib. Çıxışının əvvəlində Obamanın Türkiyəyə səfərinə toxunan Gül nitqini İslam ölkələrini fəaliyyətləri üzərində qurub. O islam dünyasının dünya siyasətində öz sözünü deməsinin çoxdan vaxtı çatdığını bildirərək bu yöndə yükün bütün müsəlman ölkələrinin üzərinə düşdüyünü qeyd edib. Gül Türkiyənin Avropa İttifaqına daxil olmasını İslamın inkişafı kimi qələmə verib.

Türkiyə prezidenti İslam dünyasının beynəlxalq arenada inkişaf etdirən ölkələrdən birinin də İran olduğunu deyib. O, eyni zamanda İranın dinc nüvə texnologiyası barədəsindəki anlaşılmazlıqların da tez bir zamanda bitəcəyinə ümid etdiyini söyləyib.
(“Dəyərlər” AİN)

В этом разделе