İslam dini Avropada sürətlə inkişaf edir

Müsəlmanların böyük Avropa dövlətlərinə inteqrasiyası sakit axınla artıq neçə onillərdir ki, müşahidə olunur.

Bu dövlətlərə ilk immiqrasiya etmiş müsəlmanların övladları və nəvələri demək olar ki, heç vaxt öz inanclarından imtina etmir və bir çox Avropa dövlətlərində başlıca dövlət vəzifələrini tuturlar. Bütün bunlar Vaşinqtonda fəaliyyət göstərən Fələstin araşdırmalar institutunun əməkdaşı Nadi Hicabın məqaləsində yer alıb, - “Zman.com” xəbər verir.

Tarixin ən müasir faktalojilərindən biri Belçikadır – burada Türkiyədən olan immiqrantın üçüncü nəsil nümayəndəsi parlamentə üzv seçilib. Və onun əsas üstünlüklərindən bir isə onun hicablı müsəlman xanım olmasıdır.

Böyük Britaniyanın Bi-bi-si (BBC) teleradiosunun Din və etnik verilişlər bölməsinə rəhbər də müsəlmandır. Bu hətta bəzi ingilis kilsələrinin etirazlarına da səbəb olur. Alimlərin proqnozlarına görə, 2035-ci ilə qədər İngiltərədə ümumi müsəlmanların sayı 1,96 milyon nəfərə çatacaq. Kilsələri isə yalnız 1,63 milyon xristian ziyarət edəcək. Analoji inkişaf Fransa və digər böyük Avropa dövlətlərində də baş verir.

"Dəyərlər"AİN

В этом разделе