İşğalçı İsrail nüvə enerjisi stansiyası tikmək istəyir

İsra.az internet qəzetinin AA-a istinadlı xəbərinə əsasən qondarma İsrailin infrastruktur xidmətlərindən məsul Naziri Uzi Landau, ölkəsinin nüvə stansiya tikmək istədiyini söylədi.

Parisdə nüvə enerjisi ilə əlaqədar təşkil edilən konfransda danışan Landau, “Tikiləcək stansiyaların möhkəm bir təhlükəsizlik idarəsinə tabe tutulacağını” söylədi.

Landau, “İsrail hər vaxt, kömür enerjisinə olan asılılığını qismən azaltmaq üçün, nüvə enerjisi stansiyası tikməyi nəzərdən keçirmişdir” deyə danışdı.

İsrailli nazir, ölkəsinin, nüvə enerjisini Ərəb ölkələri mühəndis və elm adamlarıyla əməkdaşlıq içində inkişaf etdirməyi ümid etdiyini sözlərinə əlavə etdi.

PS: Pisdisə sizdə niyə olmalıdı?!Yaxşıdısa İslam ölkələrində niyə olmamalıdı?!

В этом разделе