İrəvanda jurnalist güllələndi

Arqişti Kiviryanı ölümcül döyəndən sonra başından güllə ilə vurublar

Aprelin 30-da səhər saat 5 radələrində İrəvanda “Armenia Today” informasiya agentliyinin koordinatoru Arqişti Kiviryana sui-qəsd olub. Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, sui-qəsd Kiviryanın evinin blokunda baş verib. Onu vəhşicəsinə döyüblər, sonra isə başından güllə ilə vurublar. Hazırda ölümcül ağır vəziyyətdə olan koordinatorun üzərində cərrahiyyə əməliyyatı aparılır. 

Zərərçəkənin həmkarları bu fikirdədir ki, onu peşə fəaliyyətinə görə güllələyiblər. 

LENT.AZ


В этом разделе