İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə 22 iyul tarixdə həbs edilən İranlı jurnalistlər hələ azadlığa buraxılmayıblar.
Azeri.İrib.İr saytının məlumatına görə "İranın Radio və Televiziya təşkilatının sənədli film çəkən qrupunun iki üzvü (prodüser Şəbanəli Keyvani və operator Məsud Vaizi) 22.07.2009 tarixindən heç bir qanuni səbəb olmadan Azərbaycan Respublikası polisinin təcridxanasında saxlanılırlar. İİR-nin Bakıdakı konsulluğunun məsələ ilə maraqlanmasının ardınca Azərbaycan Respublikasının mühacirət polisi iddia edib ki, bu iki nəfərin Azərbaycan Respublikasındakı iştirakları qeyri-qanuni olub və cərimə edildikdən sonra onlar tezliklə deportasiya ediləcəklər".
Bununla bağlı Azərbaycanın İrandakı səfirinə də müraciət edilib. Beynəlxalq Səhər kanalının Azəri xidmətini müdiri Burhan Hişmətinin imzası ilə Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənova da etiraz məktubu göndərib.
Həmçinin bu xəbər İRNA , Fars, və İLNA xəbər agentlikləri habelə Tabnak , Aftab Yəzd , Cam Cəm online , Ariya News ,Mərdomslari internet saytları tərəfindən geniş formada işıqlandırılıb.
Azərbaycan mətbuatında isə bununla bağlı məlumat yayılmayıb.