Bəhreyn parlament sədrinin müavini Qərb ölkələrinin İranın daxili işlərinə qarışmasını sərt tənqid edib
FaktXəbərin verdiyi məlumata görə, Bəhreyn parlament sədrinin müavini Səlah Əli Əbdürrəhman, İranın təhlükəsizliyini öz təhlükəsizlikləri kimi qiymətləndirdiyini bildirib. Sədr müavini Səlah Əbdürrəhman, İranın Bəhreyndəki səfiri Hüseyn Əmr Abdullahiyan ilə görüşündə, İranda 40 milyonu keçən xalqın iştirakı ilə reallaşan 10-cu prezident seçkisinə toxunaraq, bu böyük hadisəsnin İran demokratiyası üçün yeni bir təcrübə olduğunu ifadə edib. Eyni zamanda Bəhreyn parlament sədrinin müavini Qərb ölkələrinin İranın daxili işlərinə qarışmasını sərt tənqid edib.