Mahmud Əhmədinejad ilk olaraq Venesuelaya səfər edəcək
İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikası ölkələrinə səfərə  başlayıb. Turne İranın nüvə proqramı ilə əlaqədar Tehranla Qərb arasında  münasibətlərin gərginləşməsi fonunda həyata keçirilir- "anspress" "accociated press"ə istinadən xəbər verir. 
 
 Mahmud Əhmədinejad 4 ölkəyə səfərdən ibarət turneni Venesueladan  başlayıb. Bu ölkənin prezidenti Uqo Çaves öz anti-amerika baxışları ilə  məşhurdur. Son illərdə dünya siyasətinə dair bir çox məsələlərdə  Karakasla Tehranın mövqeləri üst-üstə düşüb. Venesueladan sonra İran  prezidenti Kuba, Nikaraqua və Ekvadora səfər edəcək.
 
 Qeyd edək ki, Mahmud Əhmədinejadın səfərindən əvvəl Amerika Birləşmiş  Ştatları Latın Amerikası ölkələrini İranla əlaqələri möhkəmləndirməkdən  çəkinməyə çağırıb. ABŞ və bir sıra Qərb ölkələri yeni il ərəfəsində  İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirib. İndi isə Avropa  Birliyində İran neftinin idxalına embarqo qoyulması məsələsi müzakirə  edilir.














