İran İsrail şirkəti ilə əməkdaşlıq edib-ABŞ

Amerikanın "qara siyahı"sına düşən şirkətlərə qarşı ciddi sanksiyalar tətbiq edilib

Birləşmiş Ştatlar Venesuelanın dövlət neft-qaz korporasiyası olan “Petroleos de Venesuela”, habelə digər beynəlxalq şirkətlərə qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın məqsədi həmin şirkətlərin İranla işgüzar əlaqələrini kəsməyə məcbur etməkdir. Bunu ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq deyib. ABŞ-ın qəzəbinə tuş gəlmiş şirkətlər arasında Belarus, Sinqapur, Monako, Suriya, Birləşmiş Ərəb Əmirliyi, Şimali Koreya və hətta bir İsrail şirkəti var-ANS PRESS "Euronews"a istinadən xəbər verir.

Həmin şirkətlər ABŞ-ın maliyyə sistemindən uzaqlaşdırıla və ya onlara Amerika şirkətləri ilə müqavilələrin bağlanmasına qadağa qoyula bilər.

В этом разделе