İran İraqda sülhün bərqərarını istəyir

İraqda sülhün bərqərarı regiondakı bütün ölkələrin maraqlarına cavab verir. Bunu İran Parlamentinin spikeri Əli Laricani deyib. Məlumatı Press TV yayıb.

“İraqda sabitlik və sülh region ölkələri üçün vacibdir. İran İslam Respublikası İraq xalqının sülh və çiçəklənmə şəraitində yaşadığını görmək istəyir”, – Laricani İraq Baş nazirinin müavini Reyf əl-İsavi ilə görüşündə deyib.

“İran İraqda həyat şəraitinin yaxşılaşmasına yönələn səylərini bundan sonra da davam etdirəcək”, – o əlavə edib.

Bu yaxınlarda İraqda keçirilən prezident seçkilərini şərh edən Laricani ümidvar olduğunu bildirib ki, “İraqdakı bütün siyasi partiyalar xarici müdaxilədən azad atmosferdə əməkdaşlıq edəcəklər”.

İsavi deyib ki, İran İraqın üzləşdiyi problemlərin aradan qaldırılmasına yardım göstərilməsində mühüm rol oynaya bilər.

İraqın hökumət başçısının müavini Tehrana səfəri zamanı İranın milli təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüşüb.

Trend

В этом разделе