ABŞ Administrasiyası İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqindən imtina edib
«APA-ECONOMICS»in  məlumatına görə, buna səbəb kimi belə sanksiyalar nəticəsində neft  təchizatında problemlərin yaranması və dünya neft bazarında qiymətlərin  artması ehtimallarının olduğu göstərilir. 
 
 Qeyd edək ki, sanksiyaların tətbiqi əvəzində ABŞ-ın tərəfdaş ölkələrdən  İranla münasibətləri dondurmağı tələb edəcəyi gözlənilir.
 
 ABŞ-ın sanksiyalarla bağlı qərarı regionda gərginliyin artması fonunda  baş verib. Yaxın günlərdə MAQATE İranla bağlı növbəti hesabatını  açıqlayacaq və orada İranın nüvə silahının yaradılmasına yaxınlaşması  qeyd olunacaq.














