Aksiya iştirakçıları əllərində Şərqi Türküstan bayrağı tutublar
İngiltərədə yaşayan türklər və uyğur türkləri, Çinin Sincan Uyğur Muxtar Vilayətində baş verən etnik qarşıdurmalara etiraz olaraq Çinin Londondakı səfirliyi qarşısında nümayiş keçiriblər. Nümayiş iştirakçıları əllərində Şərqi Türküstan bayrağı tutublar. Aksiya İngiltərə Uyğurlar Dərnəyi tərəfindən təşkil edilib.
Çin polisinin uyğurlara qarşı sərt müdaxiləyə etiraz edən yüzlərlə aksiya iştirakçıları daha sonra Baş nazirlik binasına doğru hərəkət ediblər. Nümayişə liderlik edən İngiltərə Uyğurlar Dərnəyinin başçısı Enver Tohti, Baş nazir Qordon Brauna məktub da ünvanlayıb. Nümayiş insidentsiz başa çatıb. /ANS PRESS/