İngiltərə Müdafiə Naziri Etiraf etdi

İngiltərə Müdafiə Naziri Bob Ainsworth, ölkəsinin İraq və Əfqanıstandakı əsgərlərinə istənilən dəstəyi təmin etmədiyini etiraf etdi.



Daily Telegraph qəzetinə danışan İngiltərə Müdafiə naziri Ainsworth, Əfqanıstandakı əsgərlərin kafi dəstəyin verilməməsindən ötəri ortaya qoyduqları reaksiyanın haqlı olduğunu müdafiə etdi.

nazir Ainsworth, daha əvvəldən etdiyi bir şərhində də qarşıdurmaların yaşandığı bölgədə istifadə edilən yüngül zirehli əsgəri vasitələrin təhlükəsizliyini nəzərdən keçirilməsini istəmişdi.

Brownun müdafiə nazirliyinə İyun 2008-də Ainsworthu gətirməsi, İngilislər tərəfindən tənqid olunmuşdu. İngilislər,nazir Ainsworthun əsgəri sahədə təcrübəsiz olduğunu düşünür.

Digər tərəfdən İyul ayı içərisində Əfqanıstanda Talibana qarşı döyüşdə ölən İngilis əsgərlərinin sayında yaşanan artım sonrasında İngilis idarəçilər arasında başlayan böhran, davam edir.

İngiltərədəki müxalif siyasətçilər, İngilis əsgərlərin həyatının siyasətçilər tərəfindən xərcləndiyini ifadə edərək, hökumətin Əfqanıstan strategiyasının nəzərdən keçirilməsini çağırışında olmuşdular.

Liberal Demokrat Partiya lideri Nick Clegg, xüsusilə də Talibanın güclü olduğu Helmand bölgəsində vəzifəli olan İngilis əsgərlərinin əkibməninin də yaxşılaşdırılması və Əfqanıstanda yeni bir strategiyanın təyin olunması istəmişdi.

Buna əlavə olaraq İngilis qaynaqlar, Baş nazir Gordon Brownun 2004-cü ildə maliyyə naziri olduğu dövrdə, Əfqanıstanda istifadə edilən döyüş vertolyotların moderizasyası üçün ayrılan payı kəsdiyini ifadə etdi.

isra xəbər

В этом разделе