İngiltərə Hizbullah ilə dialoq qurmağa hazırlaşır

Press-az.com saytının verdiyi məlumata görə,İngiltərə hökuməti Hizbullahın siyasi qanadı ilə münasibətlərin qurulmasına dair qadağanın ləğvinə və 2005-ci ildən etibarən heç bir rəsmi təmasın olmadığı qrupla münasibət qurmağa hazırlaşır.

Mövzu ilə bağlı İngiltərə parlamentinin Nümayəndələr palatasının Xarici İşlər Komissiyasında çıxış edən krallığın Xarici İşlər nazirinin köməkçisi Bill Rammel Hizbullahın siyasi qanadı ilə dialoq kanallarının açılmasının yolları üzərində çalışdığını təsdiqləyib.

Bu barədə məlumat yayan BBC televiziyası da Beyrutda akkreditə olunan İngiltərə səfirinin Livan parlamentində təmsil olunan azı bir Hizbullah nümayəndəsi ilə görüşdüyünün istisna edilmədini bildirib.

BBC televiziyası da sözügedən xəbərdə hökumət rəsmilərinin Hizbullahla münasibət qurmasından qaçınmanın yaratdığı çətinliklərdən danışdığını vurğulayıb. Xəbərdə İngiltərə kabineti üzvlərinin anoloji dialoq prosesinin Fələstindəki HƏMAS hərəkatı üçün keçərli olmadığını vurğuladıqları qeyd edilib.

Xatırladaq ki, İngiltərə hökuməti ötən il iraqlı müqavimətçilərə təlim keçdiyinə dair iddiaları əsas gətirərək, Hizbullahı qadağan olunmuş təşkilatların siyahısına əlavə etmişdi.


В этом разделе