İngilis millət vəkili Corc Galloway, Ərəb xalqlarının və hökumətlərinin Fələstin xalqının haqqlarını geri ala bilməsi üçün hərəkətə keçməyə çağırarkən, Ərəbləri Fələstin iddiasına qarşı ciddiliksiz yaxınlaşmaqla günahlandırdı.
Misirdə nəşr olunan Anvar qəzetinin xəbərinə görə Galloway, "Ərəblərin əksəriyyəti, Fələstinin işğaldan qurtarılmasında ciddi deyil. Bunun üçün biz xaricilər hərəkətə keçdik. Ərəblərin də ən qısa zamanda oyanmasını xahiş edirəm" dedi.
"34 ildir, Ərəblərin oyanmasını gözləyirəm" deyən Galloway, şərhində Yasir Ərafatın bu sözünə yer verdi "1950-ci illərin Çin baş naziri "Ərəblər Fələstini geri ala bilmək üçün özlərinə gəlsələr, Fələstini alardılar. İsraildə 300 min Ərəbi öldürmək üçün kifayət qədər güllə yoxdur."
Galloway "Əgər bir xalq, azadlıq istəyirsə uğrunda döyüşməsi lazımdır. Amerikalılar, İngilis işğalına qarşı azadlıqlarını əldə etmək üçün döyüşə girdilər. Cənub Afrika xalqı da imperialistlərə qarşı uzun bir döyüşə girdi" dedi.
liderliyini Mahmud Abbasın etdiyi Fələstin Qurtuluş Təşkilatının heç bir Fələstinlini təmsil etmədiyini ifadə edən Galloway "Gerçək Fələstin Qurtuluş Təşkilatı haradadır?" deyə soruşdu.
Galloway, İsrailin irqçi bir rejim olduğunu, Yəhudi xaricindəki hər kəsi qovduğunu ifadə edərək, hər kəsi bu rejimə qarşı mübarizəyə çağırdı
Galloway, embarqo altındakı Qəzzə xalqının ehtiyac duyduğu təməl istehlak və qida maddələrini çatdırmaq üçün uzun bir müddət əvvəl başlatdıqları kampaniyaya davam etdiklərini söylədi.
Galloway, Amerikada başladılan kampaniyanın, indiyə qədər Amerikada Qəzzə üçün başladılan ən geniş əhatəli kampaniya olduğunu ifadə etdi.
Qəzzəyə kömək vəsaitləri çatdıran Həyat Damarı 1 və 2-nin liderliyini boynuna götürən Galloway, bir həftə əvvəl Qəzzəyə getmiş lakin Misir hökuməti ən çox 2 saat qalmasına icazə vermişdi.
313NEWS.NET
İngilis Galloway: 34 ildir Ərəblərin Oyanmasını Gözləyirəm
İngilis millət vəkili Corc Galloway, Ərəb dünyasını özünə gəlməyə, Fələstin iddiasına dəstək olmağa çağırdı.