İlham Əliyev: "Azərbaycan Qarabağın müstəqilliyinə razılıq verməyəcək"

Dövlət başçısı "Euronews"a müsahibəsində belə deyib

Azərbaycan Dağlıq Qarbağın müstəqilliyinə heç vaxt razılıq verməyəcək və onun Azərbaycandan ayrılmasına imkan verəcək heç bir mexanizm və prosedurlara razı olmayacaq. Bunu prezident İlham Əliyev "Euronews"a müsahibəsində bəyan edib.

"Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çox böyük ümid bəsləyirik. Artıq bir neçə ildir ki, davam edən problem sülh yolu ilə həllini tapmalıdır. Amma bu Ermənistanın beynəlxalq hüquq normalarına uyğun olaraq qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərdən çəkməyə nə dərəcədə hazır olmasından asılı olacaq və sülh də yalnız o vaxt bərqərar olacaq", deyə prezident bildirib

Azərbaycan dövlət başçısının sözlərinə görə, vasitçilərin təklifləri erməni silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilər və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənardakı rayonlardan çıxması, məcburi köçkünlərin bu torpaqlara qayıtması və bütün kommunikasiyaların bərpa olunması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına əsaslanır.

"Azərbaycan Dağlıq Qarbağın müstəqilliyinə heç vaxt razılıq verməyəcək və onun Azərbaycandan ayrılmasına imkan verəcək heç bir mexanizm və prosedurlara razı olmayacaq. Həll variantlarından biri vilayətə müvəqqəti statusun verilməsi ola bilər", deyə İlham Əliyev qeyd edib. /anspress/

В этом разделе