İki təyyarə havada toqquşdu

Alyaskada tək motorlu iki kiçik təyyarə havada toqquşdu, təyyarələrdən biri düşdü, içindəki 4 adam həyatını itirdi.

313news.net saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən Cessna 180 tipli təyyarə düşərək yanarkən Cessna 206 tipi digər təyyarə isə əhəmiyyətli ziyan görməsinə baxmayaraq hava limanına endi. Cessna 206da yalnız pilotun olduğu və qəzadan xilas olduğu bildirildi. Qazanın necə olduğuna dair hələ məlumat əldə olunmayıb.

В этом разделе