Keçmiş diktatorun həbs müddəti uzadılıb
APA-nın  “Əl-Əhram” internet portalına istinadən verdiyi məlumata görə, bu gün  müstəntiqlər Şarm-əş-Şeyxdə xəstəxanada yatan sabiq prezidenti  dindiriblər. Vəkilin və Mübarəkin qudalarından birinin iştirakı ilə baş  tutan dindirmədən sonra həbs-qətimkan tədbirinin müddəti daha 15 gün  uzadılıb. 
 
 Xatırladaq ki, H. Mübarək aprelin 10-da bəyanatla çıxış edərək ona qarşı  səsləndirilən bütün ittihamları rədd edib. Bundan sonra o, baş prokuror  tərəfindən istintaqa çağırılıb. Aprelin 12-də keçirilən ilk dindirmədən  sonra keçmiş prezident ürək tutması ilə xəstəxanaya aparılıb. Ertəsi  gün Baş Prokurorluq H. Mübarək və 2 oğlu haqqında 15 günlük  həbs-qətimkan tədbiri seçib.














