Bu gün Drenten teleqülləsində baş verən yanğın səbəbindən Hollandiyanın bütün ərazisində yerüstü televiziya və radio yayımı dayanıb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda telekanallar yalnız peyk və internet vasitəsi ilə yayımlanırlar.
Drenten teleqülləsində yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur. 200 metr yüksəklikdəki teleqüllə yanğın nəticəsində çöküb.