Hillari Klinton Əhməd Davudoğluna zəng vurub

Davudoğlu-Klinton

Telefon danışığında Yaxın Şərq sülh prosesi, habelə Əfqanıstanda keçiriləcək seçkilər müzakirə olunub

BŞ dövlət departamentinin baş katibi Hillari Klinton Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna zəng vurub. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, telefon danışığında Yaxın Şərq sülh prosesi, habelə Əfqanıstanda keçiriləcək seçkilər müzakrə olunub.

Bundan başqa hər iki ölkənin baş diplomatı FİBA 2010 dünya basketbol çempionatının final mərhələsində ölkə yığmalarının əldə etdikləri uğura görə bir-birlərini təbrik edib.

Qeyd edək ki, politoloqlar Klintonla Davudoğlu arasında baş tutmuş bu telefon danışığımnın bir neçə gün əvvəl Barak Obama ilə Rəcəb Tayyib Ərdoğan arasındakı telefon müzakirəsinin davamı olduğu qənaətindədir.

В этом разделе