Hicablı xanım Obamanın müşaviri seçildi

Amerika prezidenti Barak Obama Ağ evdə yeni açılan dini şöbənin müsəlmanlarla əlaqəli bölməsinə hicablı xanımı rəhbər təyin edib. "Taym turk" xəbər verir. Ağ evdəki ilk hicablı müsəlman olan Dayla Mücahid "Qallup" Araşdırmalar Mərkəzinin İslamı Araşdırmalar ofisinin direktor vəzifəsində çalışırmış. Obamanın məhz Dayla xanımı seçməsində də səbəb budur. Belə ki, Dayla uzun müddətdir Amerikada və dünyada yaşayan müsəlmanlar arasında çox fəal araşdımalar aparır.

Onun "İslamın yerinə kim danışır və Bunun haqqında müsəlmanlar nə düşünür?" adlı kitabı da var. 50 min müsəlmandan alınmış reportaj əsasında yazılmış kitab altı illik bir araşdırmanın məhsuludur.

Dalya xanımın fikrincə bu vəzifəyə gəlməsi onun müsəlmanlar arasında tədqiqat aparmasını sürətləndirəcək. O qeyd edib ki: "Prezidentin bir məsləhətçisi olaraq Ağ evə gəlməyim mənə müsəlmanlar barəsində daha dərin araşdırmalar aparmağım üçün böyük şans yaradır.

Barak Obamanın məni seçməsinin əsas səbəbi ömrümün bir hissəsini müsəlmanlar arasında araşdıma aparmağa sərf etməyimdir".

Sonra Amerikadakı müsəlmanların vəziyyətinə toxunan tədqiqatçı Dayla bildirib ki, "Ümümiyyətlə bu ölkədə müsəlmanlar ən savadlı şəxslərdir. Amerikada müsəlmanların əksər faizi akademik savada malikdir".

Xatırladaq ki, prezident Obama Ağ evdə dini şöbə açacağını bu ilin əvvəllərində elan etmişdi. Fevral ayının beşində isə şöbənin açılması üçün rəsmən sənəd imzalammışdı. ("Dəyərlər" AİN)

В этом разделе