Hicaba əl uzadanlar öldürüldü

Hadisə bir daha Əfqanıstandakı işğalçıların azğınlığını üzə çıxardı.

İslam-Azeri.az internet qəzetinin "Velfecr" saytına istinadən verdiyi xəbərə görə, Əfqanıstanda NATO qüvvələri sıralarında qulluq edən ispan əsgərlərinin İslamı təhqir edərək hicablı qadının başını zorla açmaq cəhdləri onların öldürülməsinə səbəb oldu.

"Benava" saytının yaydığı məlumatda deyilir ki, iki ispan əsgərinin müsəlman qadınına təcavüzü əfqan əsgərinin etirazıla qarşılanıb.

Lakin NATO təmsilçilərinin təhqiramiz hərəkətlərinə davam etmələri müsəlman əsgərinin daha təsirli tədbirlər görməyə vadar edib.

Onun açdığı atəş nəticəsində hər iki azğınlaşmış İspaniyalı məhv edilib.

Amma digər işğalçılar tərəfindən açılan atəşlə əfqanlıda şəhid edilib.

Bu hadisədən sonra minlərlə əfqanlı İspaniya hərbi kontingentinin qərargahı qarşısında etiraz aksiyası keçirərək Əfqanıstan hökümətindən işğalçı qüvvələrin ölkə ərazisindən çıxarılmasını tələb ediblər.

В этом разделе