"Hicab yoxdursa, dərs də yoxdur"

“Cimma Tayms” qəzetində çıxan xəbərə görə Efiopiyanın Cimma universitetində müsəlman tələbələrə qarşı təzyiq başlanıb.

Belə ki, universitetin rəhbərliyi dərsə gələn hicablı xanımlardan başlarını açmasını tələb edib. Tələbələr etiraz edəndə isə binaya buraxılmayıblar. Buna cavab olaraq Cimma universitetinin müsəlman tələbələri etiraz aksiyası keçiriblər. Ancaq polis aksiyanın icazəsiz olduğunu səbəb gətirərək mitinqi dağıdıb. Hadisə universitetdə oxuyan digər tələbələrədə təsir göstərib. Bu səfər onlar da müsəlmanlarla birlikdə aksiyaya başlayıblar. Bir müddət sonra ölkənin Addis-Abeba, Kombolca, Bahir Dar, Qondar, Dese, Tepi, Mekele, Haramaya universitetlərinin tələbələri də aksiyaya qoşulublar.

İndi öklədə 9 təhsil müəssisiəsi demək olar ki, boşdur. "Hicab yoxdursa, dərs də yoxdur" şüarı ilə aparılan aksiyanın hicablı tələbələrin dərsə buraxılana qədər davam edəcəyi bildirilir. “Dəyərlər”


В этом разделе