Harvardlı professor hicaba dəstək verdi

Dünyanın ən intellektual 100 insanından biri olan professor Hovard Qardner hicablı olduğuna görə Türkiyədəki seminara buraxılmayan Gülden Esat adlı psixoloqu Hollandiyadakı seminara dəvət edib. - "Zaman" qəzeti xəbər verir.

Harvard universitetinin professoru Hovard Qardner may ayında Türkiyədə seminar keçirilməyi planlaşdırılırdı. Daima ixtisasi ilə bağlı bütün elmi tədbirlərə qoşulmağa çalışan hicablı xanım Gülden Esat bu seminarda da iştirak etmək üçün müraciət etmişdi. Ancaq təşkilat komitəsi onun elmi tədbirdə iştirak etməsi üçün icazə verməyib. Buna səbəb isə Gülden xanımın hicablı olması olub.

Ancaq Gülden xamın da səssiz qalmayıb. Təşkilatçılara etiraz olaraq seminarda iştirak edəcək bütün insanları vəziyyətlə bağlı xəbərdar edib. Heç bir nəticə əldə edə bilməyən Gülden Eset professor Qardnerə yazmaq qərarına gəlib. Vəziyyətdən xəbərdar olduqdan sonra Harvard universitetinin professoru hadisə ilə bağlı kədərləndiyini bildirib. Sonra o Güden xamını Hollandiyada eyni mövzuda keçirəcəyi seminara dəvət edib. Professor bütün xərcləri özü çəkəcəyini də bildirib. ("Dəyərlər" AİN)

В этом разделе