Gül: “Obama ilə danışılacaq bir şey yoxdur!”

“ABŞ prezidenti Barak Obama ilə danışılacaq bir şey yoxdur!”. Bu sözləri Türkiyə prezidenti Abdullah Gül deyib. Onun sözlərinə görə, ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımının tanınmasına dair qərarı Türkiyə-Amerika strateji tərəfdaşlığına arxadan zərbə oldu.

“Bu hərəkət erməni-türk münasibətlərinə mənfi təsir göstərəcək. Qafqazda hazırkı
vəziyyət nə Türkiyə, nə Azərbaycan, nə də ki Ermənistanın maraq dairəsindədir. Rəsmi Ankara regionda sülhün bərqərar olması üçün mümkün olan hər şeyi edir. Obamanın fəaliyyətsizliyi isə ümid vermir, gərginliyi daha da artırır”, – deyə Gül bildirib.

ANS PRESS

В этом разделе