GİROV GÖTÜRÜLƏN AZƏRBAYCANLININ KİMLİYİ MƏLUM OLDU

BMT missiyasında çalışan Azərbaycan vətəndaşının Somalidə naməlum silahlı şəxslər tərəfindən girov götürülməsi faktı təsdiqlənib. XezerXeberin melumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, girov götürülən şəxs BMT-nin İnkişaf Proqramının könüllüsü Mirağa Babayevdir. 


Səfir daxil olan məlumatlara əsasən, silahlı şəxslərin girovlara qarşı zor tətbiq etmədiklərini, onların özlərini yaxşı hiss etdiklərini deyib: “Hazırda BMT-nin müvafiq qurumları girovların azad edilməsi istiqamətində əməli iş aparırlar. Bununla bağlı bütün əlaqələr işə salınıb”. 


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, artıq Azərbaycan vətəndaşı ilə bağlı insidentin araşdırılması üçün Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə, həmçinin Misirdəki səfirliyimizə XİN rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.


В этом разделе