Bu, ictimai yerlərdə üzü örtən geyim qadağan ediləndən bəri qeydə alınan rəqəmdir
Fransada müsəlman qadınların ictimai yerlərdə niqab və burka kimi üzü  örtən geyimləri qadağan edən qanun qəbul edildikdən indiyədək cəmi 6  qadın məsuliyyətə cəlb edilib, yaxud cərimələnib. Halbuki polis ictimai  yerlərdə 237 niqab yaxud burka geyinilməsi halını qeydə alıb. Bu barədə  Fransanın daxili işlər naziri Klod Qean "Le Mond" qəzetinə müsahibəsində  məlumat verib. Onun sözlərinə görə, həmin qadınlardan heç biri Fransa  vətəndaşının hüquq və vəzifələrinə dair kursları keçməyə göndərilməyib,  bu isə qadağanı pozanların cəzalandırılması üçün nəzərdə tutulan  bəndlərdən biri idi- "anspress" xəbər verir.
 
 Qeyd edək ki, Fransada müsəlman qadınlara ictimai yerdərdə üzü örtən  geyimi qadağan edən qanun ötən ilin aprelində qüvvəyə minmişdi. Qanunun  qəbul edilməsi isə fransız cəmiyyətində İslam radikalizminin özünü  göstərməsinin qarşısının alınması kimi əsaslandırılmışdı. 
 
 Fransada yaşayan müsəlmanlar isə qadağanın vicdan azadlığını  məhdudlaşdırdığını və müsəlmanlara qarşı ayrıseçkilik hesab edirlər.














