Fransa Misirin sabiq prezidenti Hüsnü Mübarəkin edam hökmünə məhkum edilməsinə qarşı çıxıb
APA-nın məlumatına görə, ölkəsinin bu mövqeyini Fransa Xarici İşlər nazirliyinin mətbuat katibi Romen Nadal açıqlayıb. 
 
 Qeyd edək ki, Misir Baş Prokurorluğu sabiq prezident Hüsnü Mübarək,  sabiq daxili işlər naziri Həbib əl Ədli və onun altı müavininin edam  olunmasını tələb edib. 
 
 “Fransa yerindən və səbəbindən asılı olmayaraq həmişə ölüm hökmünə qarşı  çıxıb. Biz ölüm hökmünün bütün ölkələrdə ləğvini istəyirik, Misir də bu  baxımdan istisna təşkil etmir”. 
 
 Hüsnü Mübarək və Daxili İşlər Nazirliyinin sabiq rəhbərliyi ötən ilin  əvvəllərində Misirdə başlayan xalq hərəkatı zamanı dinc nümayişçilərə  atəş açılmasında günahkar bilinir. Müttəhimlər ittihamı qəbul  etməyiblər. Onların vəkilləri bildirib ki, polis əməkdaşlarına  nümayişçilərə atəş açmamaqla bağlı sərt təlimat verilib. Bundan başqa  mitinqlərin təhlükəsizliyini təmin edən polislərin üzərində odlu silah  olmayıb. Hüsnü Mübarək və tərəfdarlarının məhkəməsi yanvarın 9-10-da  davam edəcək.














