Fillər şəhərə hücum etdi: 1 ölü

İyunun 8-də iki vəhşi fil Hindistan ərazisindəki Bambu bazarına hücum edərək ərazidə xaos və təşviş yaradıb.

İslam-Azeri.az İnternet Qəzetinin "Cihan"-a istinadən verdiyi xəbərə görə, Fillərdən biri hasarı aşaraq qadın kollecinə daxil olub, digəri isə marketin ərazisinə girərək təklükəsizlik əməkdaşına və bir inəyə hücüm edib. Təhlükəsizlik əməkdaşı filin hücumu nəticəsində həyatını itirib. 

İnsident zamanı yaralanan beş nəfər isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Təşvişdə olan fillər həmçinin inəyi öldürbü və bütün bazar ərazisini darma-dağın ediblər.

Şəhər əhalisi meşə zolağı ilə şəhər arasında qoruyucu divarların çəkilməsini tələb ediblər. Onlar bu cür halların bir daha təkrar olunmasını istəmirlər.

 

В этом разделе