Filippində müsəlman kəndlər yandırılır

Filippinin Mindao adasındakı müsəlmanlar aid kəndlər yandırılır. Çadırlarda yaşayan günahsız insanlar isə Beynəlxalq təşkilatlardan kömək gözləyir. "Dünya Bülteni" xəbər verir.

Filippin ordusu Mindanao adasında yerləşən Maquindanao kəndində 100 müsəlman ailəsinə aid evi yandırılıb. Müsəlmanlar heç bir günahları olmadığını deyir. Hal-hazırda onlar bölgədən bir qədər uzaqda çadırda yaşayırlar.

Beynəlxalq Qızıl Xaç və Birləşmiş Millətlər təşkilatının Qıda proqramı isə bölgəyə yardım aparmağı qeyri-mümkün olduğunu deyir.

Xatırladaq ki, Filippin ordusu keçən il də müsəlmanlar yaşayan bir kəndi yandırmışdılar. Nəticədə 2000 insan evsiz qalmışdı.("Dəyərlər" AİN)

В этом разделе