Facebook uşaq pornoqrafiyasında da liderdir

İngiltərədə beynəlxalq uşaq pornosu şəbəkəsinin başındakı Ian Green həbs olundu. Greenin ictimai paylaşma saytı Facebookdan 100 min uşaq pornosu fotoşəkili paylaşdığı ortaya çıxdı.

313news.net saytının FHA-ya istinadlı xəbərinə görə, Green, 1 Yanvar 2008 və 10 May 2010 tarixləri arasında qorxunc fotoşəkilləri paylamaq, meydana gətirmək və saxlamaqla əlaqədar 24 ittihamı qəbul etdi.


45 yaşındakı Greenin bu fotoşəkilləri və videoları paylamaq üçün 11 ayrı Facebook hesabı istifadə etdiyi ortaya çıxdı. Greenin fotoşəkilləri MSN və e-mail vasitəsilə paylaşdığı da məlum oldu.


Daha əvvəl bir il həbs cəzasına məhkum olan və onsuz da cinsi cinayətlərdən məhkumluğu olan Greenə yalnız dörd il həbs cəzası verilməsi isə təpki çəkdi.


Facebook, uşaqları qorumaq, polisi hərəkətə keçirmək və saytda uşaq pornosuna maneə törətmək üçün səhifələrə "SOS düyməsi" əlavə olunmasını rədd etmişdi.

В этом разделе