Ermənistan Macarıstan ilə diplomatik əlaqələri dayandırır
APA-nın  «Novosti-Armeniya»ya istinadən verdiyi məlumata görə, bu barədə  Ermənistan prezidenti Serj Sərkiysan ölkədə akkreditə olunmuş diplomatik  nümayəndəliklərin təmsilçiləri ilə təcili müşavirədə bəyan edib.
 
 «Mən rəsmi surətdə bəyan edirəm ki, bu gün biz Macarıstan ilə diplomatik  münasibətləri və bütün rəsmi əlaqələri dayandırırıq», deyə Sərkisyan  bəyan edib.
 
 Ermənistanla Macarıstanın əlaqələri Budapeştin Macarıstanda ömürlük həbs  cəzasına məhkum edilmiş Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək  barədə qərarından sonra gərginləşib.














