Ərəb ölkələrinin ortaq pul vahidi olacaq

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Bəhreyndən ibarət olan körfəz ölkələri 2010-cu ildə yeni ortaq valyutaya keçmək haqda razılığa gəliblər.

Ərəb ölkələrinin də artıq ortaq pul vahidi olacaq. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb əmirliyi, Qətər və Bəhreyndən ibarət olan körfəz ölkələri 2010-cu ildə yeni ortaq valyutaya keçmək haqda razılığa gəliblər. Bu ölkələrin liderləri ilk öncə həmin müddətdə ortaq valyuta şurasının yaradılmasını qərara alıblar. Daha sonrakı məqsəd isə həmin şuranın körfəzin mərkəzi bankına çevrilməsidir. Ortaq valyuta şurasının mərkəzi isə Ər-Riyad olacaq. /ANS TV//

В этом разделе