Ərdoğan qərarını dəyişdi

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcək. Baş nazir ABŞ-da 12-13 aprel tarixlərində keçiriləcək "Nüvə sammiti"nə qatılacaq. Geri çağırılmış Türkiyə səfiri Namiq Tan isə Ərdoğandan bir gün əvvəl isə ABŞ-da olacaq.

Xatırladaq ki, Türkiyə qondarma erməni soyqırımının Amerika Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınmasına çox sərt reaksiya vermişdi. Əvvəlcə Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Türkiyəyə çağırılmış, ardından isə Baş nazir Ərdoğan Amerikaya səfərini ləğv etdiyini demişdi.

Ancaq Sky Türk-ün verdiyi son dəqiqə məlumatına görə, Baş nazir Ərdoğan qərarını dəyişdirib və 12-13 aprel tarixlərində keçiriləcək zirvəyə qatılacaq.

Səfir Namiq Tan isə bir gün əvvəl 11 apreldə ABŞ-da olacaq.

Qeyd edək ki, Ərdoğanın səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə görüşü çox əhəmiyyətlidir. Çünki görüşdə Obamanın 24 apreldə "soyqırım" iddialarıyla əlaqədar edəcəyi çıxışın əvvəlində, Ermənistan Türkiyə arasındakı yaxınlaşma prosesi ilə bağlı məlumat verəcəyi gözlənilir

Xatırladaq ki, Cumhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal dünən partiyasının toplantısında Ərdoğanın ABŞ-a gedəcəyini demişdi:

"Getməyəcəm, getmərəm deyən Baş nazir ABŞ-a səfir ilə birlikdə gedəcək. "Baykal demişdi" deyərsiniz".

В этом разделе