“Ərdoğan Osmanlı dəyərləri ilə hərəkət edir”

Bu sözləri Ermənistanın Xarici İşlər nazirinin müavini bildirib.

İslam-Azeri.az internet qəzetinin “Arminfo” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ermənistanın Xarici İşlər nazirinin müavini Arman Kiroksyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın erməni miqrantlarla bağlı dedikləri sözlərə belə münasibət bildirib: “Ərdoğan danışığı və hərəkəti ilə Osmanlını xatırladır. Ermənilərin Türkiyədən qovulması da Avropa dəyərlərilə deyil, məhs Osmanlı dəyərlərilə üst-üstə gəlir”.

Qeyd edək ki, Ərdoğan Türkiyədə qeyri qanuni yaşayan və işləyən ermənilərin ölkədən qovulacağını bildirmiş, bəzi müxalifət qəzetləri və telekanalları isə baş nazirin sözünü təhrif edərək bütün ermənilərin qovulacağını yaymışdılar.

В этом разделе