
Cinayət işi üçün yaradılan əməliyyat qrupu bu ailənin münasibətlərini araşdırmağa başlayıblar və onların xoşbəxt ailə olmadığını, son zamanlar isə tez-tez dalaşdıqlarını müəyyənləşdiriblər.
Əməliyyat qrupu həmin şəxsi bir neçə dəfə dindirdikdən sonra o hər şeyi etiraf edərək, cinayəti özünün törəddiyini bildirib. O arvadını qarajın içində qazdığı quyuda betonla basdıraraq, gizlətdiyini bildirib. Mühəndis arvadına çox zərər verməmək üçün onun cəsədini polietlenə büküb ve üstünə 2 ədəd möhkəm taxta qoyaraq betonlayıb.