Əllamə Fəzlullah xəbərdarlıq etdi!

İrana hücum etmək, Amerikanın mənfəətlərini təhlükəyə atacaq
Livanın böyük din alimlərindən olan Əllamə Fəzlullah, İrana istiqamətli hər cür hücumun bölgəni dağıtmağa sürekləyəcəyini və Amerikanın strateji mənfəətlərini təhlükəyə atacağını söyləyib.

FaktXəbərin "Reuters"ə istinadən verdiyi məlumata görə, Livanlı alim Əllamə Fəzlullah, Amerika və ya sionist İsrailin İrana hücum etmə niyyətində olduqlarına inanmadığını, çünki bu anda dünyanın heç bir ölkəyə istiqamətli təzyiqə müraciət etməyi qaldıra biləcək mövqedə olmadığını qeyd edib.

Əllamə Fəzlullah İrana istiqamətli hər cür hücumun Amerikanın başda neft olmaq üzrə strateji mənfəətlərini saxlayan Ərəb bölgəsini dağıtmağa sürüyəcəyini, bunun xaricində İranın Amerikanın İraq, Əfqanıstan və Pakistandakı siyasətlərinə də ciddi maneələr meydana gətirə biləcəyini ifadə edib.

İranın hərbi yüksəlişinin bu ölkəyə sionist İsrailin hər cür ola biləcək hücumuna reaksiya vermə imkanı yaratdığını bildirən Əllamə Fəzlullah, bu vəziyyətin də sionist İsrailin təhlükəsizliyinə mənfi istiqamətdə təsir edəcəyini vurğulayıb.



В этом разделе