Elə yerdəyəm ki, məni tapa bilməzsiniz-Qəzzafi

Müəmmər Qəzzafi

Liviya liderinin yaralı olduğu deyilir

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Liviya lideri Muəmmar Qəzzafi xalqa müraciət edib. O, bildirib ki, NATO qüvvələri onu tuta bilməyəcək.

"Qorxan səlibçilərə bildirirəm: elə yerdəyəm ki, məni tapa bilməzsiniz. Paytaxt Tripolidəki iqamətgahımın bombardman edilməsi əsl qorxaqlıq əlamətidir", - Qəzzafi bildirib.

Haaqadakı Beynəlxalq Məhkəmə gələn həftənin bazar ertəsi Müəmmar Qəzzafinin həbsi barədə sanksiya verəcək.

İtaliyanın xarici işlər naziri Franko Frattinin dediyinə görə, Qəzzafi Tripolini tərk edib və o, hazırda yaralı vəziyyətdədir.

В этом разделе