"əl-Əzhər"dən Fransanın niqab qadağasına dəstək

"Quran və sünnədə niqabla bağlı dəlil yoxdur"

"İsrahaber"in məlumatına görə əl-Əzhər universitetinin İslami araşdırmalar mərkəzinin üzvü Əbdülmuti əl-Bəyumi belə deyib. O, ona ünvanlanan Fransadakı niqab qadağası ilə bağlı suala belə cavab verib: "Mən bu qərarı tamamilə dəstəkləyirəm. Universitetdə gerçəkləşdirdiyimiz araşdırmada niqabın İslami bir örtük olmadığını müəyyən etdik. Bununla bağlı Quran və sünnədə hər hansı bir sübut yoxdur".

əl-Bəyumi həmçinin deyib: "Fransada və Avropada yaşayan müsəlmanlara müraciət edirəm, niqabın İslamda yeri yoxdur. Avropa ölkələrinə gedəndə niqabla qadınlar görəndə təəssüflənirəm. Bu İslam haqqında səhv fikirlər formalaşdırır.

В этом разделе