Əl-Arifinin Ayətullah Sistani haqqında fərqli açıqlamaları

İsra.Az saytının istinadlı xəbərinə görə, internetdə səs yazısı yayınlanan əl-Arifi bunları söylədi: “Şiə üləmasında həqiqətən: təvazö, dünyaya düşkün olmamaq, Zöhd, Allaha zikr, Allaha, rəsuluna və Əhlibeytinə sevgi var.” əl Arifi: “Şiə alimlərinin əhli sünnə alimlərinə görə Peyğəmbər və onun buyruqlarına zöhd və hidayət baxımından daha yaxın olduqlarını” ifadə etdi.

Əl- Arifinin bu səs lentində Ayətullah Sistaniyə qarşı sərgilədiyi tutumundan açıq bir şəkildə döndüyünü göstərməkdə və belə deməkdədir: “Ayətullah Sistani ilahi buyruqlar istiqamətində hərəkət etməkdədir, bundan ötəri Onu bir çox əhli sünnə üləmasına məsləhət bilirəm.”

əl Arifi keçdiyimiz aylarda əksəriyyətdə İraqlı Şiələrin təqlid mərcisi olan Ayətullah Sistaniyə “zındıq”, “facir” deyərək təhqir etmiş, Sünni və Şiə üləmasının şiddətli təzyiqini almışdı.

Hərçənd bu sələfi alimin təqlid mərcilərin mövqesinə qarşı etirafı, Şiə aləmində müsbət olaraq qarşılanmaqdadır və İslami vəhdət və birlik üçün gözəl bir inkişafdır, ancaq bu hərəkətin gerçək olması şərti ilə…

В этом разделе