Əfqanıstanda silah anbarı partladılıb

6 yaşlı uşaq ölüb,6 yaşlı uşaq ölüb, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Əfqanıstanda hərbi bazanın silah anbarında baş verən partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında anbarı mühafizə edən iki əsgər də olub.

Qeyd edək ki, silah anbarının yaxınlığında yaşayış evləri olub. Partlayışın səbəbləri hələlik məlum deyil. Əfqanıstanın cənub qoşunlarının rəhbəri general Nasir Əhməd Ziaye insident nəticəsində yaralananlar olduğunu təsdiqləyib. /ANS TV/

В этом разделе