Əfqanıstanda partlayış: 3 ölü, 17 yaralı

İnsident Qəndahar şəhərində otelin yaxınlığında baş verib

Əfqanıstanda avtomobil partladılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, azı 17 adam xəsarət alıb. İnsident ölkənin qərbindəki Qəndahar şəhərində otelin yaxınlığında baş verib.

Terrorçu avtomobillə şəhərin mərkəzinə doğru irəliləmək istəyib. Lakin onun olduğu maşını saxlayıblar. Ona görə də terrorçu partlayışı planlaşdırdığından əvvəl törətməli olub. /anspress/

В этом разделе