Əfqanıstanda növbəti partlayış baş verib
Əfqanıstanın cənubunda, Qəndəhar əyalətində kamikadzenin bomba partlatması nəticəsində 8 nəfər ölüb, 6 nəfər yaralanıb.
Partlayış polis məntəqəsində törədilib. Rəsmilərin məlumatına görə, ölənlər polis əməkdaşları və mülki şəxslərdir. /Azadlıq radiosu/