Əfqanıstanda NATO-nun 3 hərbiçisi qətlə yetirilib

Əfqanıstanın şərqində NATO-nun 3 hərbiçisi həlak olub

SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, NATO komandanının bəyanatına deyilir: "Ötən gün Əfqanıstanın şərqində əldəqayırma qurğunun partlaması nəticəsində 3 hərbiçi dünyasını dəyişib”.

Qərb mediasının verdiyi məlumata görə, Əfqanıstanda ABŞ və mütəffiqlərinin əməliyyata başladıqdan indiyədək azı 2840 xarici hərbiçi qətlə yetirilib. Dekabrın əvvəlindən isə burada 23 hərbiçi həlak olub. İlin əvvəlindən isə həlak olan xarici əsgərlərin və zabitlərin ümümi sayı 539 nəfərə çatıb.

Xatırladaq ki, xarici hərbi kontingentin Əfqanıstandan çıxarılması 2014-cü ilə planlaşdırılıb.

В этом разделе