Əfqanıstanda məscid raket zərbəsinə tuş gəldi

Hadisə nəticəsində ölən və yaralananlar var.

Əfqanıstanın Host əyalətində amerikalı əsgərlərin olduğu NATO bazasının yaxınlığındakı məscidə raket düşüb. "CNN Türk"ün məlumatına görə, raket atəşi nəticəsində 3 nəfər ölüb, 4 adam isə yaralanıb. Host əyalətinin polis rəsmisi raketlərin Pakistandan atıldığını və onların saynının 4-5 olduğunu bildirib. Onun sözlərinə görə, raketlərdən biri məcsidə düşsədə, digərləri boş ərazidə partlayıblar. NATO sözcüsü faktı təsdiqləsədə, ətraflı məlumat verməyib. Raketlərin kimin atdığı açıqlanmayıb. /ANS PRESS/

В этом разделе