Əfqanıstanda fəlakət: 35 ölü

Əfqanıstanın şimal-şərqindəki Badakşan vilayətində qar uçqunu fəlakəti meydana gəlib.

İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstanda meydana gələn fəlakət nəticəsində 35 nəfər həyatını itirib.

Hadisə dünən gecə Əfqanıstanın Çin, Pakistan və Tacikistan sərhədlərində yerləşən Badakşan vilayətində baş verib.

5 ev qar uçqunu altında qalıb.

Xatırladaq ki, ölkənin şimal-şərqində yerləşən Badakşan, Əfqanıstanın ən yoxsul vilayətlərindəndir.

В этом разделе